Coca-Cola Avstriyada 28 milyon 0,5 litrlik plastik şüşəni satışdan geri çağıracaq.
Tvit.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Məlumata əsasən, buna səbəb təhlükəli hissəciklərin içəri daxil olması riski olub.
Nəşr şirkətin şərhinə istinadən bildirir ki, metal parçaların az sayda butulkaya girə bilməsi ehtimalı var. Belə risklər istehsal uğursuzluğu səbəbindən yaranıb: görünür, limonadın qablaşdırılması zamanı ələk qırılıb.
Bu cür məhsulların istehlakı sağlamlığa zərər verə bilər, buna görə şirkət bütün partiyanı geri götürmək qərarına gəldi. Geri çağırışa yararlılıq müddəti 2025-ci il fevralın 4-dən aprelin 12-dək olan Coke, Fanta, Sprite və MezzoMix içkiləri daxildir. Bu, Avstriyada ilk belə irimiqyaslı məhsulun geri çağırılmasıdır. Hazırda içkinin içilməsi nəticəsində ölən və yaralanan yoxdur
Aysel