Şimali Koreya qoşunlarının Rusiyanın Kursk bölgəsinə gətirildiyi iddia edilib.
Tvit.az xəbər verir ki, bu barədə Ukrayna müdafiə nazirliyinin Kəşfiyyat Baş İdarəsindən açıqlama verilib.
“Şimali Koreyanın Şərqi Rusiyanın poliqonlarında təlim keçən ilk hərbi birləşmələri artıq Rusiya-Ukrayna müharibəsinin döyüş bölgəsinə çatıb. Onların Kursk vilayətində peyda olduğu qeyd olunur”,- məlumatda deyilir.
Elmin Alışov