Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница turizm Bakıda kütləvi dava: Üç nəfər bıçaqlandı
turizm

Bakıda kütləvi dava: Üç nəfər bıçaqlandı

13-11-2026 11:00 53 Просмотров
IMG

Bakıda kütləvi dava olub.

 

Tvit.az-ın əldə etdiyi məlumata görə, hadisə paytaxtın Nərimanov rayonunun Böyükşor qəsəbəsi ərazisində qeydə alınıb. Baş verən kütləvi dava zamanı 1996-cı il təvəllüdlü Raqif Rəhimov, 1996-cı il təvəllüdlü Ravin Xəlilov və 1998-ci il təvəllüdlü Sərvan Məsimov bıçaq xəsarətləri alıblar. Yaralılar xəstəxanaya yerləşdiriliblər.

 

Hadisə yerinə polis əməkdaşları cəlb olunublar.

 

Faktla bağlı araşdırma aparılır.