Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница turizm Sumqayıt Tekstil Fabrikində kütləvi zəhərlənmə
turizm

Sumqayıt Tekstil Fabrikində kütləvi zəhərlənmə

21-04-2025 18:00 18 Просмотров
IMG

Sumqayıtda tekstil fabrikində kütləvi zəhərlənmə olub.

"Tvit.az" xəbər verir ki, əraziyə təcili tibbi yardım briqadası cəlb olunub.

TƏBİB-dən bildirilib ki, 21.04.2025-ci il tarixində saat 16:05 radələrindən başlayaraq Sumqayıt Tibb Mərkəzinin nəzdində olan 1 nömrəli Şəhər Xəstəxanasının İnfeksion xəstəliklər şöbəsinə 19 nəfər (16 qadın cinsli, 3 kişi cinsli olmaqla) hospitalizasiya olunub.

Dəqiqləşdirilməmiş bakterial qida zəhərlənməsi diaqnozu ilə onların hər birinə zəruri tibbi yardımlar göstərilib. Hazırda 14 nəfərin müalicəsi davam etdirilir.

Vəziyyətləri qənaətbəxş olan 5 nəfər isə ambulator müalicə üçün evə buraxılıb.