Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница turizm Zaqatala-Bakı avtobusu qəzaya uğradı: 8 nəfər...
turizm

Zaqatala-Bakı avtobusu qəzaya uğradı: 8 nəfər...

16-04-2025 10:00 20 Просмотров
IMG

Zaqatala-Bakı marşutu üzrə hərəkət edən avtobus qəzaya düşüb.

 

Tvit.az APA-ya istinadən xəbər verir ki, hadisə gecə saatlarında Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistiral avtomobil yolunun Yevlax rayonu Xanabad kəndi ərazisindən keçən hissəsində baş verib.

 

Qəza zamanı avtobusda xəsarət alan 8 nəfər sərnişin Şəki Rayon Mərkəzi Xəstəxanasının (RMX) Təcili Tibbbi Yardım Şöbəsinə aparılıblar.

 

Xəsarət alan şəxslər aşağıdakılardı:

 

1988-ci il təvəllüdlü, Zaqatala rayonu Bəhmətli kənd sakini Rəqsanə Şahmalı qızı Şirinbəyova,

 

1960-cı il təvəllüdlü, Zaqatala rayonu Yeni Suvagil kənd sakini Leysanat İbad qızı Məmmədova,

 

Zaqatala rayonu Əliabad qəsəbə sakini Həlimə Ağabala qızı Adilova,

 

1967-ci il təvəllüdlü, Zaqatala rayon sakin Qüdrət Abdulla oğlu Əliyev,

 

2004-cü il təvəllüdlü Zaqatala rayonu Aşağı Tala kənd sakini Aysel Adil qızı Ramazanzadə,

 

1969-cu il təvəllüdlü Zaqatala rayonu Yeni Suvagil kənd sakini Kifayət Hüseyn qızı Babayeva,

 

1993-cü il təvəllüdlü Zaqatala rayonu Yeni Suvagil kənd sakini İlkin Yusif oğlu Babayev,

 

1983-cü il təvəllüdlü Zaqatala rayonu Yeni Suvagil kənd sakini Aygün Osman qızı Məmmədova

 

Xəstəxanaya daxil olan şəxslərin hamısına lazımi ilkin tibbi yardım göstərilib, xəsarətləri yüngül olduğu üçün ambulator müalicə almaq şərti ilə evə buraxılıblar.

 

Faktla bağlı araşdırma aparılır.