Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница СПОРТ AVRO-2026: Azərbaycanın futzal millisi İsveçə məğlub olub
СПОРТ

AVRO-2026: Azərbaycanın futzal millisi İsveçə məğlub olub

11-04-2025 23:00 18 Просмотров
IMG

Azərbaycanın futzal millisi AVRO-2026-nın əsas mərhələsində növbəti oyununu keçirib.

Tvit.az xəbər verir ki, Vitali Borisovun baş məşqçisi olduğu komanda V turda “Helsinqborq Arena”da İsveçin qonağı olub.

 

Qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da start götürüb. Görüşü İngiltərədən olan hakimlər briqadası idarə edib.

 

Görüş Azərbaycan millisinin 3:4 hesablı məğlubiyyəti ilə başa çatıb. Yığmanın heyətində Oqtay Rüstəmli dubla imza atıb, Xətai Bağırov isə üçüncü qolu vurub.

 

Qeyd edək ki, V qrupda Xorvatiya 15 xalla liderdir. Yunanıstan 7 xalla ikinci, İsveç 4 xalla üçüncü, Azərbaycan 2 xalla sonuncu – dördüncüdür.