Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница siyasət Prezident: Azərbaycan Suriyada sabitliyin möhkəmləndirilməsi üçün bərpa prosesində iştiraka hazırdır
siyasət

Prezident: Azərbaycan Suriyada sabitliyin möhkəmləndirilməsi üçün bərpa prosesində iştiraka hazırdır

11-04-2025 18:00 30 Просмотров
IMG

Prezident İlham Əliyev Suriyada sabitliyin möhkəmləndirilməsi üçün zəruri olan bu ölkənin bərpa prosesində Azərbaycanın iştirak etməyə hazır olduğunu qeyd edib.

 

Tvit.az xəbər verir ki, dövlət başçısı bunu Antalyada Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl Şaraa ilə görüşü zamanı deyib.

 

Prezident bildirib ki, Suriyada baş vermiş dəyişikliklərdən sonra Azərbaycan nümayəndə heyəti ən qısa müddət ərzində bu ölkəyə göndərilib və Əsəd rejiminin siyasəti səbəbindən uzun zaman fəaliyyət göstərməyən Azərbaycanın Suriyadakı səfirliyi fəaliyyətini bərpa edib.