İsrail Xarici İşlər Nazirliyi (XİN) Qəzza zolağında və Livanda avadanlıqları istifadə edilən İsrail şirkətlərinin silah sərgisinə qatılmasına icazə vermədiyi üçün Fransaya qarşı tədbir görəcək.
Tvit.Az xəbər verir ki, bu barədə İsrailin xarici işlər naziri İsrael Kats “X” sosial şəbəkəsində məlumat yayıb.
“Mən İsrail Xarici İşlər Nazirliyindən Fransa prezidenti Emmanuel Makronun İsrail şirkətlərinin gələn ay Parisdə keçiriləcək Euronaval sərgisində öz məhsullarını nümayiş etdirməsini qadağan edən qərarına qarşı hüquqi və diplomatik tədbir görməsini xahiş etdim ”, – deyə Kats bildirib.
Elmin Alışov