Tvit.Az - Azərbaycanda və dünyada baş verən ən son xəbərlər
Домашняя страница turizm Naxçıvanda hərbi sursat aşkarlandı
turizm

Naxçıvanda hərbi sursat aşkarlandı

19-10-2024 16:00 49 Просмотров
IMG

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Kəngərli rayon Çalxanqala kəndi ərazisində hərbi sursatının aşkar edilməsi barədə məlumat daxil olub.

"Tvit.az" xəbər verir ki, məlumatla əlaqədar dərhal Naxçıvan MR Fövqəladə Hallar Nazirliyinin pirotexnikləri hadisə yerinə cəlb edilib.

Kəngərli rayon Polis Şöbəsinin əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatın 2 ədəd 85 mm-lik top mərmisi olduğu müəyyən edilib.

Sursat, zərərsizləşdirilməsi üçün pirotexniklər tərəfindən ərazidən götürülərək kənarlaşdırılıb.

Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.