Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница СПОРТ AFFA Premyer Liqaya yüksəlməyə namizəd komandalara bir il vaxt verdi
СПОРТ

AFFA Premyer Liqaya yüksəlməyə namizəd komandalara bir il vaxt verdi

14-03-2025 16:00 51 Просмотров
IMG

AFFA-nın baş katibi Cahangir Fərəcullayev və Peşəkar Futbol Liqasının texniki direktoru Elgiz Abbasov 2025/26 mövsümündə Premyer Liqaya yüksəlməyə namizədlər, onların infrastrukturu, maddi-texniki bazası, stadionlardakı mövcud çatışmazlıqlar barədə məlumat veriblər.

 

Tvit.az xəbər verir ki, AFFA İcraiyyə Komitəsi infrastruktur, inzibati və digər çatışmazlıqların aradan qaldırılması üçün Premyer Liqaya yüksələcək klublara bir il müddət verilməsi barədə qərar qəbul edib.

 

 

Qeyd edək ki, bu xüsusi qayda yalnız bu il yüksələn komandalara şamil olunacaq.