Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница sosial Bakıda məşhur restoranda yoxlama: Protokol yazıldı
sosial

Bakıda məşhur restoranda yoxlama: Protokol yazıldı

06-03-2025 15:00 26 Просмотров
IMG

Nizami rayonu, B.Çobanzadə küçəsi, 2505-ci məhəllədə yerləşən, Rəhimov Vahid Musa oğluna məxsus "Xarı Bülbül" restoranında AQTA əməkdaşları yoxlama keçirib.

 

Tvit.az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

 

"Baxış zamanı mətbəxdə sanitar-texniki və sanitar-gigiyenik tələblərin pozulduğu, temperatur rejiminə əməl edilmədiyi müəyyən edilib, həmçinin müşayiətedici və mənşə sənədləri olmayan heyvan mənşəli məhsullar aşkarlanıb. Emal edilmiş məhsullardan və ətlərdən nümunələr götürülərək laborator müayinələrə cəlb edilib.

 

Faktla bağlı obyektin emal sahəsi məhdudlaşdırılıb, sahibkar barəsində inzibati protokol tərtib edilib",- məlumatda bildirilib.