Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница СПОРТ Bakıda medal qazanan rusiyalı taekvondoçu diskvalifikasiya edilib
СПОРТ

Bakıda medal qazanan rusiyalı taekvondoçu diskvalifikasiya edilib

28-02-2025 14:00 23 Просмотров
IMG

Bakıda medal qazanan rusiyalı taekvondoçu Yuliya Volkova antidopinq qaydalarını pozduğuna görə diskvalifikasiya edilib.

 

Tvit.az TASS-a istinadən xəbər verir ki, idmançı iki il müddətinə yarışlardan kənarlaşdırılıb.

 

Onun cəzasının müddəti 2026-cı il oktyabrın 31-də başa çatacaq. Beynəlxalq Test Agentliyi (ITA) idmançının 2014-cü ildə antidopinq qaydalarını pozduğunu bildirib.

 

Qeyd edək ki, 2014-cü ilə qədər Ukrayna millisini təmsil edən 45 yaşlı taekvondoçu Sankt-Peterburqda Avropa çempionatında fərdi, Bakıda isə komanda yarışlarının bürünc mükafatçısı olub. Yuliya Volkova 2019-cu ildə Rusiya çempionatında gümüş medal qazanıb.