Kürdəmir şəhər 6 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdi digər məktəbli yoldaşına xəsarət yetirib.
TƏBİB-dən "Tvit.az"a verilən məlumata görə, xəsarət yetirilən 2008-ci il təvəllüdlü oğlanın vəziyyəti orta ağırdır.
"Bu gün saat 11:45 radələrində xəsarət alması səbəbilə 2008-ci il təvəllüdlü oğlan təcili tibbi yardım avtomobili ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına hospiltazasiya olunub. Ona döş qəfəsinin arxa divarının açıq yarası diaqnozu təyin edilib",- məlumatda qeyd olunub.
Bildirilib ki, xəsarət alan şəxs dərhal əməliyyata alınıb. Hazırda vəziyyəti orta ağır olaraq qiymətləndirilir.