Tvit.Az - Azərbaycanda və dünyada baş verən ən son xəbərlər
Домашняя страница siyasət Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri DƏYİŞDİ
siyasət

Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri DƏYİŞDİ

14-10-2024 19:00 127 Просмотров
IMG

Azərbaycanın Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Parlament Assambleyasındakı nümayəndə heyətində dəyişiklik olub.

Modern.az-ın məlumatına görə, nümayəndə heyətinə Qaya Məmmədov rəhbərlik edəcək.

Qeyd edək ki, əvvəlki çağırışda bu vəzifəni Azay Quliyev tutub. O, Milli Məclisin bu çağırışında nümayəndə heyətinin adi üzvü seçilib.

Nümayəndə heyətinin digər üzvləri Sevinc Fətəliyeva, Tural Gəncəliyev, Pərvin Kərimzadə və Gülşən Paşayevadır.