Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница sosial Vüqar Qurbanovdan yeni direktor təyinatı - FOTO
sosial

Vüqar Qurbanovdan yeni direktor təyinatı - FOTO

14-01-2025 18:00 25 Просмотров
IMG

TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun 26 dekabr 2024-cü il tarixli 18-1/3-1-2572/2024  nömrəli əmri ilə Ağciyər Xəstəlikləri Mərkəzinin struktur və ştat cədvəli təsdiq edilib. 

"Tvit.az" xəbər verir ki, yeni yaradılan Ağciyər Xəstəlikləri Mərkəzinə Nəhmət Rəhmanov direktor təyin edilib. N.Rəhmanov bundan əvvəl TƏBİB-in İlkin səhiyyə xidməti departamentinin Xidmətlərin təşkili şöbəsinin müdiri vəzifəsini icra edib. 

TƏBİB-in İcraçı direktorunun müavini Anar İsrafilov bu gün N.Rəhmanovu kollektivə təqdim edib. 

Qeyd edək ki, bir müddət əvvəl Bakı Baş Səhiyyə Mərkəzinin (BBSM) strukturuna daxil olan 3 nömrəli Vərəm Əleyhinə Dispanserin əmlak bazası əsasında "Ağciyər Xəstəlikləri Mərkəzi" publik hüquqi şəxs yaradılıb.

BBSM-nin strukturuna daxil olan 1, 2, 3, 4, 5, 6 nömrəli vərəm əleyhinə dispanserlər, 1 və 2 nömrəli xüsusiləşdirilmiş vərəm xəstəxanaları, 1 nömrəli Uşaq Vərəm Xəstəxanası və Abşeron Rayon Mərkəzi Xəstəxanasının strukturuna daxil olan Saray Modul tipli Vərəm Xəstəxanası, Suraxanı Tibb Mərkəzinin 3 saylı Doğum evi, eləcə də tabeli tibb müəssisələrinin strukturuna daxil olan (50 rayon mərkəzi xəstəxanası) ftiziatrik kabinetlər və vərəm şöbələri də müvafiq olaraq Ağciyər Xəstəlikləri Mərkəzinin tabeliyinə verilib.