Tvit.Az - Azərbaycanda və dünyada baş verən ən son xəbərlər
Домашняя страница iqtisadiyyat Qazaxıstan Azərbaycandan bu məhsulların idxalını artırdı
iqtisadiyyat

Qazaxıstan Azərbaycandan bu məhsulların idxalını artırdı

06-01-2025 20:00 34 Просмотров
IMG

Ötən ilin yanvar-noyabr aylarında Azərbaycandan Qazaxıstana 116,9 milyon ABŞ dolları dəyərində qeyri-neft məhsulları ixrac edilib.

 

Tvit.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsindən məlumat verilib.

 

Bildirilir ki, bu göstərici 2023-cü ilin eyni dövrü ilə müqayisədə 27,1 milyon ABŞ dolları və ya 30,1% çoxdur.

 

Dövr ərzində Qazaxıstana qeyri-neft məhsullarının ixracı Azərbaycanın ümumi ixracının 3,78%-ni təşkil edib.

 

Qeyd edək ki, ötən ilin ilk 11 ayında Azərbaycandan ən çox qeyri-neft məhsulları Rusiyaya ixrac olunub. Belə ki, dövr ərzində bu ölkə Azərbaycandan 1,1 milyard ABŞ dolları dəyərində qeyri-neft məhsulları idxal edib. Bu, Azərbaycanın ümumi qeyri-neft ixracının 34,55%-i deməkdir.