Tvit.Az - Azərbaycanda və dünyada baş verən ən son xəbərlər
Домашняя страница sosial Qazaxıstan qəzaya uğramış təyyarənin “qara qutuları”nı Braziliyadakı CENIPA-ya göndərəcək
sosial

Qazaxıstan qəzaya uğramış təyyarənin “qara qutuları”nı Braziliyadakı CENIPA-ya göndərəcək

29-12-2024 22:00 39 Просмотров
IMG

Qazaxıstan Aktau şəhərinin yaxınlığında qəzaya uğramış “Azərbaycan Hava Yolları”na məxsus təyyarənin “qara qutu”larını Braziliyanın Aviasiya Hadisələrinin Araşdırılması və Qabaqlanması Mərkəzinə (CENIPA) göndərəcək.

 

Tvit.az “Tengri News”a istinadən xəbər verir ki, bu barədə Mərkəzi Asiya ölkəsinin Nəqliyyat Nazirliyi bildirib.

 

Dövlət qurumu bildirib ki, Çikaqo Konvensiyasının 13 saylı Əlavəsinin standartlarına uyğun olaraq, araşdırmanı aparan dövlət göyərtədəki yazıcı məlumatlarının oxunmasını təmin edir və bunun üçün ölkənin seçilməsi barədə qərar qəbul edir.

 

“Yuxarıda göstərilən sənəd əsasında, həmçinin ICAO-nun tövsiyələri və Azərbaycan və Rusiya aviasiya qurumları ilə aparılmış məsləhətləşmələr nəzərə alınaraq, Qazaxıstanın nəqliyyat naziri Marat Karabayevin rəhbərlik etdiyi Aviasiya Hadisələrinin Araşdırılması Komissiyası tərəfindən “qara qutular”ın hava gəmisinin (“Embraer”) istehsalçı ölkəsi olan Braziliyanın Aviasiya Hadisələrinin Araşdırılması və Qabaqlanması Mərkəzinə (CENIPA) göndərilməsi barədə qərar qəbul edilib”, – məlumatda qeyd olunub.

 

Nazirlik vurğulayıb ki, Mərkəz (CENIPA) lazımi texniki imkanlara malikdir, müvafiq avadanlıqla təchiz edilib və onların oxunması üçün sertifikatlaşdırılmış laboratoriyası var.