Bakı metrosunun "Sahil" stansiyasında eskalatorlardan birinin hərəkətində fasilə yaranıb.
Tvit.az xəbər verir ki, bu barədə məlumatı “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov təsdiqləyib.
Qeyd olunub ki, buna sərnişinlərdən birinin təhlükəsizlik açarını işə salmasının səbəb olduğu ehtimal edilir:
“Nəticədə eskalator dayanıb. Belə olduqda digər eskalator qoşulur. Pik saat olduğu üçün stansiyada sərnişin sıxlığı var. Bu da eskalatorun iş rejiminə uyğun olaraq dərhal sərnişin sıxlığı şəraitində bir qədər də sıxlığı artırb. Amma hansısa bir qorxulu məqam yoxdur. Qısa müddət ərzində eskalatorlardan birinin üzü yuxarı, digərinin isə üzü aşağı fəaliyyəti təmin edilib”.