2024-cü ilin yanvar-noyabr aylarında Azərbaycana xarici ölkələrdən 18 min 810 ton miqdarında əczaçılıq məhsulları gətirilib.
Tvit.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu miqdarda əczaçılıq məhsulları alışına 467 milyon 126 min ABŞ dolları xərclənib.
Ötən ilin eyni dövrü ilə müqayisədə xaricdən əczaçılıq məhsulları idxalı miqdar ifadəsi ilə 6 min 147 ton, dəyər ifadəsi ilə 53 milyon 349 min ABŞ dolları azalıb.
Bu dövrdə idxal olunan əczaçılıq məhsulları ümumi idxalın 2,49 faizini təşkil edib.
Aysel Şirinova