Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница dünya Meksikada narkokartel liderinin saxlanılması əməliyyatında ölənlərin sayı 20-yə çatıb
dünya

Meksikada narkokartel liderinin saxlanılması əməliyyatında ölənlərin sayı 20-yə çatıb

23-11-2026 23:00 22 Просмотров
IMG

Meksikanın Sinaloa ştatında “Beltran Leyva” narkokartelinin lideri, “Çapo İsıdro” ləqəbi ilə tanınan Fausto İsıdro Mesanın saxlanılması üzrə əməliyyat zamanı ölənlərin sayı 20-yə yüksəlib.

 

 

Tvit.az xəbər verir ki, bu barədə Meksikanın müdafiə naziri Rikardo Trevilyaya istinadən RİA Novosti məlumat yayıb.

 

Nazir “Sentelya” əməliyyatının nəticələrinə dair mətbuat konfransında bildirib ki, qarşıdurma zamanı 16 ehtimal olunan cinayətkar öldürülüb.

 

Onun sözlərinə görə, əməliyyat və sonrakı tədbirlər çərçivəsində 16 nəfər saxlanılıb.