Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница dünya Emoməli Rəhmon ABŞ dövlət katibinin müavini ilə görüşdü
dünya

Emoməli Rəhmon ABŞ dövlət katibinin müavini ilə görüşdü

18-11-2026 12:00 53 Просмотров
IMG

Tacikistan Prezidenti Emoməli Rəhmon ABŞ dövlət katibinin müavini Kristofer Landau ilə görüşüb.

 

Tvit.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

 

Görüş Düşənbəyə işgüzar səfərə gələn ABŞ rəsmisinin Tacikistan Prezidenti tərəfindən qəbul edilməsi çərçivəsində baş tutub.

Görüş zamanı tərəflər iki ölkə arasında ticarət-iqtisadi, investisiya və humanitar sahələrdə əməkdaşlığın inkişaf perspektivlərini, eləcə də təhlükəsizlik məsələlərini müzakirə ediblər.

Danışıqlarda dağ-mədən sənayesində əməkdaşlığın genişləndirilməsi, informasiya texnologiyaları və süni intellekt sahələrinin inkişafı məsələlərinə xüsusi diqqət yetirilib.

Bununla yanaşı, terrorizm, ekstremizm, kibertəhdidlər və transmilli cinayətkarlığa qarşı birgə mübarizə istiqamətində əməkdaşlığın gücləndirilməsi ətrafında fikir mübadiləsi aparılıb.

Tərəflər, həmçinin ötən il Vaşinqtonda keçirilmiş ABŞ və Tacikistan prezidentlərinin görüşünün, eləcə də “C5+1” formatında sammitin nəticələrini nəzərdən keçiriblər.