Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница dünya Putin və Si Cinpinin Şençjendə danışıqları başa çatıb
dünya

Putin və Si Cinpinin Şençjendə danışıqları başa çatıb

18-11-2026 10:00 55 Просмотров
IMG

Rusiya Prezidenti Vladimir Putin və Çin Xalq Respublikasının Sədri Si Cinpin arasında noyabrın 18-də Şençjen şəhərində keçirilən Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammiti çərçivəsində ikitərəfli danışıqlar başa çatıb.

 

Tvit.az xəbər verir ki, görüş yerli vaxtla günorta saatlarında geniş tərkibdə başlayıb.

 

Rusiya və Çin nümayəndə heyətləri danışıqlar zamanı iki ölkə arasında iqtisadi əməkdaşlığın gələcək inkişaf perspektivlərini müzakirə ediblər.

Daha sonra görüş məhdud tərkibdə işçi səhər yeməyi formatında davam etdirilib. Rusiya Prezidenti ilə birlikdə danışıqlarda xarici işlər naziri Sergey Lavrov və prezidentin köməkçisi Yuri Uşakov iştirak ediblər.

Putin və Si Cinpin arasında danışıqlar ümumilikdə iki saatdan çox davam edib.

 

Aysel Şirinova