Hörmüz boğazında 3 gəminin yandığı bildirilir.
Tvit.az xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) məlumat yayıb.
Məlumata görə, bir tanker cənub hissəsində boğazı keçməyə çalışarkən minaya düşüb, digər supertanker isə boğazın şərq hissəsindən çıxarkən alovlanıb. Yanğını söndürmək üçün ikinci gəmiyə yaxınlaşan yedək gəmisi də zədələnib və yanğın ona yayılıb.
Yaralıların və ölənlərin sayı barədə məlumat verilməyib.
Elmin Alışov