İranın hərəkətləri Yaxın Şərqdə mövcud münaqişələrin əsas səbəbi olmaqla yanaşı, digər dövlətlərin cavab xarakterli hərbi addımlar atmasına da zəmin yaradır.
Tvit.az xəbər verir ki, bu barədə Almaniyanın xarici işlər naziri Yohann Vadeful Anna Villin siyasi podkastında çıxışı zamanı bildirib.
Nazirin sözlərinə görə, İran nüvə silahına sahib olmağa hazırlaşır və qonşu dövlətlərin suverenliyinə məhəl qoymayan silahlı qruplaşmalara fəal dəstək göstərir.
Vadeful vurğulayıb ki, bu baxımdan Tehranın yürütdüyü siyasəti zərərsiz və ya dostyana xarakterli hesab etmək mümkün deyil.
Almaniyanın XİN rəhbəri qeyd edib ki, İranın hazırkı siyasəti digər dövlətlərə özünümüdafiə və cavab tədbirləri görmək üçün qanuni əsaslar yaradır.
Vadeful bildirib ki, İranın hərəkətlərinə beynəlxalq ictimaiyyətin cavabı hərbi tədbirləri də əhatə edə bilər.
Aysel Şirinova