Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница sosial Azərbaycanda bəzi əmlakların dəyəri artacaq
sosial

Azərbaycanda bəzi əmlakların dəyəri artacaq

04-11-2026 13:00 17 Просмотров
IMG

Azərbaycanda 2027-ci ildə hüquqi şəxslərin və fərdi sahibkarların əmlak vergisi üzrə dövlət büdcəsinə 400 milyon manat vəsait daxil olması nəzərdə tutulur. Bu, 2026-cı ilin proqnozu ilə müqayisədə 24 milyon manat və ya 6.4 faiz çoxdur.


Tvit.az xəbər verir ki, sözügedən məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" Qanun layihəsində əksini tapıb.

 

Sənədə əsasən, əmlak vergisi üzrə daxilolmaların 298 milyon manatı qeyri-neft-qaz sektorunun payına düşəcək. Bu, 2026-cı ilin proqnozu ilə müqayisədə 22 milyon manat və ya 8 faiz çoxdur.

 

Neft-qaz sektoru üzrə isə əmlak vergisindən 102 milyon manat daxilolma proqnozlaşdırılır. Bu göstərici 2026-cı ilin proqnozundan iki milyon manat və ya 2 faiz artıqdır.

 

Əmlak vergisi üzrə daxilolmaların artması vergiyə cəlb olunan əmlakın qalıq dəyərinin yüksəlməsi, eləcə də qeyri-neft-qaz sektorunda əsas kapitala yönəldilən investisiyaların 3.5 faiz artacağının proqnozlaşdırılması ilə əlaqələndirilir.