Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница dünya Tokayevdən sərt xəbərdarlıq: Qazaxıstana zərər vuranlar cəzalandırılacaq
dünya

Tokayevdən sərt xəbərdarlıq: Qazaxıstana zərər vuranlar cəzalandırılacaq

02-11-2026 21:00 18 Просмотров
IMG

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ölkəyə zərər vurmağa çalışan şəxslərin qanun qarşısında cavab verəcəyini bildirib.

 

Tokayev bu barədə Temirtau şəhərində “Qarmet” şirkətinin kollektivi və həmkarlar ittifaqının üzvləri ilə görüşündə danışıb. 

 

Qazaxıstan  dövlət başçısı bildirib ki, xalqın maraqları naminə islahatların uğurla davam etdirilməsi üçün ölkədə sülh və sabitlik qorunmalıdır. O vurğulayıb ki, Qazaxıstana zərər vurmağa çalışan hər kəs “qanun və asayiş” prinsipinə uyğun olaraq məsuliyyətə cəlb ediləcək.

 

Tokayev ölkədə millətlərarası və dinlərarası həmrəyliyin, eləcə də müxtəliflik şəraitində birliyin qorunmasına sadiq olduqlarını qeyd edib.

Prezident Qazaxıstanın sülhsevər dövlət olduğunu bildirərək, dünya ölkələri, o cümlədən bütün qonşu dövlətlərlə əməkdaşlığın inkişaf etdirilməsinin davam etdiriləcəyini vurğulayıb. Onun sözlərinə görə, bu siyasət beynəlxalq sülhün və təhlükəsizliyin möhkəmləndirilməsinə töhfə verməyə yönəlib.