Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница sosial Səhiyyə naziri dəyişdi, müşavir işindən ayrıldı
sosial

Səhiyyə naziri dəyişdi, müşavir işindən ayrıldı

02-11-2026 17:00 19 Просмотров
IMG

Səhiyyə nazirinin müşaviri Elgün Nurulla oğlu Səmədov vəzifəsindən ayrılıb.

 

Bu barədə Oxu.az-a məlumat daxil olub.


Məlumata əsasən, o, ərizə yazaraq öz istəyi ilə işdən çıxıb.

 

Xatırladaq ki, 3 sentyabr 2025-ci ildə sabiq səhiyyə naziri Teymur Musayevin imzaladığı müvafiq əmrlə Elgün Səmədov Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Aparatında nazirin müşaviri vəzifəsinə təyin edilib. Yeni səhiyyə naziri Anar Bayramovun təyinatından sonra isə o vəzifəsindən ayrılmaq qərarı verib.

 

Qeyd edək ki, E.Səmədov Aprel döyüşləri zamanı 4 günlük müharibədə 100-dən çox uğurlu cərrahiyyə əməliyyatı keçirib və Azərbaycan Prezidenti tərəfindən Hərbi xidmətdə Fərqlənmə medalı ilə təltif edilib.