Çinin xarici işlər naziri Vanq Yi Yaxın Şərqdəki münaqişənin həllinin yeganə yolunun danışıqlar olduğunu bildirib.
Tvit.az xəbər verir ki, onun bəyanatı Çin xarici işlər nazirliyinin saytında dərc olunub.
“Yaxın Şərqdəki mövcud münaqişə uzanıb və digər bölgələrə yayılıb. Ona görə də dialoq və danışıqlar yeganə həll yoludur. Bütün tərəflər xalqlarına və tarixinə qarşı məsuliyyətlə davranmalı, ortaq bir məqsədə doğru irəliləməli və yenidən güc tətbiq etmədən rasional həll yoluna diqqət yetirməlidirlər",- deyə nazir vurğulayıb.
Elmin Alışov