Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
dünya

Qara dənizdə tanker yandı

06-10-2026 21:00 15 Просмотров
IMG

Qara dənizin Soçi yaxınlığındakı akvatoriyasında tankerdə yanğın baş verib.

 

Tvit.az-ın Rusiya KİV-ə istinadən məlumatına görə, hadisə ilə əlaqədar Sirius federal ərazisinin çimərlikləri müvəqqəti bağlanıb.

 

Sirius administrasiyasının rəhbəri Dmitri Plişkin bildirib ki, əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə çimərliklər bağlanıb.

“Qara dənizin akvatoriyasında tankerdə yanğın baş verib. Su və havanın vəziyyətinə daim nəzarət edilir”, – deyə o, Telegram kanalında yazıb.

Daha əvvəl yerli KİV-də dənizdə yanan gəminin görüntüləri yayılıb. Məlumata görə, yanğın Soçinin mərkəzi hissəsi ilə üzbəüz ərazidə baş verib.