ABŞ Prezidenti Donald Trampın keçmiş mətbuat katibi Karolin Livitt “Fox News” telekanalında aparıcı kimi fəaliyyətə başlayacaq. O, noyabr ayından etibarən telekanalın efirində yer alacaq.
“Fox News”dan bildirilib ki, Livittin Ağ Evdə, eləcə də Donald Trampın seçki kampaniyasında qazandığı təcrübə ona auditoriyaya ABŞ siyasəti ilə bağlı fərqli baxış təqdim etməyə imkan verəcək.
Livitt Tramp administrasiyasında və onun seçki kampaniyası qərargahında çalışdıqdan sonra avqust ayında mətbuat katibi vəzifəsini tərk edib. O, qərarını açıqlayarkən Donald Trampa administrasiyasını təmsil etmək imkanı yaratdığı üçün təşəkkür edib və bundan sonra övladları ilə daha çox vaxt keçirmək istədiyini bildirib.
Karolin Livitt 2025-ci ildə 27 yaşında Ağ Evin tarixində ən gənc mətbuat katibi olub.