Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница dünya Britaniyadan Çinə böyük zərbə: Avtomobillərə 45%-lik tarif gəlir
dünya

Britaniyadan Çinə böyük zərbə: Avtomobillərə 45%-lik tarif gəlir

05-10-2026 16:00 22 Просмотров
IMG

Böyük Britaniya hökuməti Çindən idxal olunan avtomobillərə gömrük tariflərinin tətbiq olunması imkanlarını dəyərləndirir.

 

Tvit.az xəbər verir ki, bu barədə "The Guardian" məlumat yayıb.

 

Məlumata əsasən, bu addım Londonun ticarət siyasətini Avropa İttifaqının (Aİ) avtomobil və kimya sənayesini qorumaq üçün hazırladığı qaydalarla uyğunlaşdırmaq məqsədi daşıyır.

 

 Məlumata görə, tətbiq edilə biləcək tariflərin həcmi 45 faizə çata bilər.

 

Analitiklərin fikrincə, belə bir qərar Pekinin kəskin reaksiyasına səbəb ola bilər və yeni Britaniya administrasiyasının "Brexit"dən sonra Aİ ilə münasibətləri yenidən bərpa etmək öhdəliyini sınağa çəkəcək.

Bundan əlavə, tariflərin tətbiqi əvvəlki hökumətin xəttindən uzaqlaşmaq deməkdir. Baş nazir Keir Starmerin rəhbərlik etdiyi hökumət əvvəllər Çini Britaniya sənayesi üçün birbaşa təhdid deyil, iqtisadi artımın vacib mənbəyi kimi qiymətləndirirdi.

 

Aysel