Aparılan danışıqlardan sonra Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) 17 iranlı məhbusu İrana təhvil verib.
Tvit.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, İrana qaytarılan şəxslər arasında 3 qadın və 14 kişi var.
Məhbusların hansı səbəblə BƏƏ-də saxlanıldığı və onların hüquqi statusu ilə bağlı əlavə məlumat açıqlanmayıb.
Elmin Alışov