Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница turizm Azərbaycanın axtarışa verdiyi şəxs tapıldı: Bakıya gətirildi
turizm

Azərbaycanın axtarışa verdiyi şəxs tapıldı: Bakıya gətirildi

01-10-2026 11:00 20 Просмотров
IMG

İnterpolun Azərbaycandakı Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilən və yeri Polşada müəyyən edilən daha bir şəxsin oktyabrın 1-də Azərbaycana ekstradisiyası həyata keçirilib.

 

Bu barədə Tvit.az-a Ədliyyə Nazirliyindən məlumat verilib.

 

Belə ki, 2023-cü ildə tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə müxtəlif vaxtlarda zərərçəkmiş şəxslərə yalan vədlər verməklə onlara külli miqdarda ziyan vurmaqla dələduzluq etməkdə (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi) ittiham edilmiş Azərbaycan vətəndaşı Zirəddin Elçin oğlu Rüstəmovun yeri Polşa Respublikasında müəyyən olunub və o həbs edilib.

 

Baş Prokurorluğun sorğusundan, habelə aparılan danışıqlardan sonra həmin şəxsin Azərbaycana ekstradisiyası ilə bağlı razılıq əldə olunub.

 

Zirəddin Elçin oğlu Rüstəmov Ədliyyə Nazirliyinin Beynəlxalq əməkdaşlıq baş idarəsinin və nazirliyin Penitensiar Xidmətinin məsul əməkdaşları tərəfindən Polşanın Varşava şəhərindən ölkəyə gətirilib və məhkəmənin həbs qərarına əsasən müvafiq istintaq təcridxanasına yerləşdirilib.