Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница dünya Çin Cənub-Şərqi Asiyada yeni hərbi obyekt yaradır – Reuters
dünya

Çin Cənub-Şərqi Asiyada yeni hərbi obyekt yaradır – Reuters

30-09-2026 22:00 12 Просмотров
IMG

Çin Cənub-Şərqi Asiyada hərbi mövcudluğunu gücləndirə biləcək yeni obyekt yaradır.

 

Reuters-in yaydığı məlumata görə, peyk görüntüləri Çinin Laosda kənd təsərrüfatı ərazisində yeni hərbi təyinatlı obyekt yaratdığını göstərir.

 

Sentyabrın 29-da Çinin Müdafiə Nazirliyi Laosun paytaxtı Vyentyandan təxminən 50 kilometr şimalda yerləşən Ban Keun şəhərinin hava limanında Çin-Laos Birgə Dəstək və Təlim Mərkəzi, həmçinin Çin-Laos Dostluq Aviasiya Akademiyasının fəaliyyətə başladığını açıqlayıb.

Avstraliya Strateji Siyasət İnstitutunun baş analitikinə görə, mərkəzin fəaliyyət formatı Çinin Laosda yerləşən hərbi qulluqçularına dəstək göstərmək məqsədilə logistika qovşağına daimi çıxış əldə etməyə çalışdığını göstərə bilər.

Analitiklər hesab edirlər ki, yeni mərkəz Pekinin Cənub-Şərqi Asiyadakı hərbi mövcudluğunun güclənməsinə səbəb ola bilər.