Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница dünya Zaxarova: Zelenski və onun ətrafı BMT-də rus dilində danışır
dünya

Zaxarova: Zelenski və onun ətrafı BMT-də rus dilində danışır

30-09-2026 22:00 9 Просмотров
IMG

Ukrayna Prezidenti Vlodimir Zelenski və onun ətrafındakı şəxslər BMT-nin mənzil-qərargahında rus dilində ünsiyyət qururlar.

 

Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı bildirib.

 

O qeyd edib ki, Ukraynada rus dilindən istifadəyə məhdudiyyətlərin tətbiqi istiqamətində addımlar atılır.

“Zelenski özü və onun ətrafındakılar, əlbəttə, rus dilində ünsiyyətlərini davam etdirirlər. Son zamanlar bunu BMT-nin mənzil-qərargahında da müşahidə edirik”, – deyə Zaxarova bildirib.

Diplomatın sözlərinə görə, eyni zamanda BMT Baş Assambleyasının iclaslarında Ukrayna nümayəndə heyətinin üzvləri Rusiya nümayəndələrinin çıxışları zamanı qulaqcıq taxırlar.

“Onlar qulaqcıq taxır və eyni zamanda sakitcə rus dilində danışırlar”, – Zaxarova əlavə edib.