ABŞ Prezidenti Donald Tramp sonuncu ABŞ hərbçilərinin İraqdan çıxarılmasını təsdiqləyib.
Tvit.az xəbər verir ki bu barədə Tramp “Truth Social” hesabında paylaşım edib.
“Bu gün məmnuniyyətlə elan edirəm ki, sonuncu Amerika qüvvələri İraqı tərk edir. Bu, uzun zaman aldı. Əvvəlcə bir sıra uğursuz qərarlar nəticəsində bu bataqlığa sürükləndik, lakin tezliklə bütün bunlar tarixə çevriləcək”, – deyə Tramp bildirib.
ABŞ Prezidenti qoşunların İraqdan çıxarılmasının ABŞ və İraq üçün qələbəni, həmçinin “İslam Dövləti” terror təşkilatının məğlubiyyətini göstərdiyini qeyd edib.
Tramp Əfqanıstandan çıxarılma ilə müqayisə apararaq bildirib ki, həmin ölkədə çoxlu silah və digər avadanlıqlar qalıb, 13 ABŞ hərbçisi həlak olub və çox sayda hərbçi yaralanıb.
O vurğulayıb ki, ABŞ rəhbərliyindəki koalisiya qüvvələrinin və avadanlıqlarının Ərbil hava bazasından nizamlı şəkildə çıxarılması “çox baha başa gələn səfərin” sonunu ifadə edir.
Qeyd edək ki, ABŞ-ın İraqdakı hərbi missiyasının başa çatdırılması “Inherent Resolve” əməliyyatı çərçivəsində həyata keçirilib.