Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница dünya ABŞ Prezidenti və Hindistanın Baş naziri telefonla danışıb
dünya

ABŞ Prezidenti və Hindistanın Baş naziri telefonla danışıb

30-09-2026 21:00 12 Просмотров
IMG

ABŞ Prezidenti Donald Tramp Hindistanın Baş naziri Narendra Modi ilə telefon danışığı aparıb.

 

Tvit.az xəbər verir ki. bu barədə Hindistan hökumətinin başçısı özünün “X” hesabında məlumat verib.

 

“Prezident Trampla məhsuldar telefon danışığı apardım. Biz ticarət, müdafiə, enerji, kritik əhəmiyyətli texnologiyalar və digər sahələrdə ikitərəfli əməkdaşlığı müzakirə etdik. Həmçinin qlobal sülh və təhlükəsizliyin təşviqi istiqamətində davam edən səylər də daxil olmaqla, regional və beynəlxalq məsələlər barədə fikir mübadiləsi apardıq”, – Modi yazıb.

 

Aysel Şirinova