Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница dünya Axios: ABŞ-İran danışıqları çıxılmaz vəziyyətə düşüb
dünya

Axios: ABŞ-İran danışıqları çıxılmaz vəziyyətə düşüb

30-09-2026 13:00 17 Просмотров
IMG

Qətər vasitəçilərinin bu həftə ABŞ və İran arasında diplomatik irəliləyiş əldə etmək cəhdləri nəticəsiz qalıb.


Tvit.az “Axios” nəşrinə istinadən xəbər verir ki, tərəflər qarşılıqlı güzəştə getmək istəmədiyindən danışıqlar dalana dirənib. 


Nəşrin mənbələri əhəmiyyətli irəliləyiş əldə olunmamasının ABŞ və İran arasında hərbi qarşıdurmanın yenidən başlamasına səbəb ola biləcəyindən narahatlıq ifadə ediblər.


Məlumata görə, Qətər rəsmiləri diplomatik razılaşma əldə etmək üçün səylərini davam etdirəcəklər. Bununla belə, onların həm ABŞ-ın, həm də İranın mövqeyindən məyus olduğu bildirilir.


Elmin Alışov