Rusiyadan Gürcüstana zərgərlik məmulatlarının ixracı rekord həddə çatıb
29-09-2026 23:00 12 Просмотров
2026-cı ilin avqust ayında Gürcüstan Rusiyadan 436,8 min dollar dəyərində zərgərlik məmulatları və qiymətli metallardan hazırlanmış və ya qiymətli metallarla örtülmüş məmulat hissələri idxal edib.
Tvit.az-ın xarici mediaya istinadla xəbərinə görə, bu 2009-cu ildən bəri ən yüksək göstərici olub.
Ümumilikdə, 2026-cı ilin yanvar-avqust aylarında Gürcüstan şirkətləri Rusiyadan 1,5 milyon dollar dəyərində qiymətli zərgərlik məmulatları alıblar. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 4,7 dəfə çoxdur. 2025-ci ilin yanvar-avqust aylarında idxalın həcmi 320,1 min dollar təşkil edib.