Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница dünya Yaponiyada dərinləşən demoqrafik böhran: Əhali azaldı
dünya

Yaponiyada dərinləşən demoqrafik böhran: Əhali azaldı

29-09-2026 11:00 16 Просмотров
IMG

Yaponiyada demoqrafik böhran və əhalinin qocalması tempi rekord göstəricilərə çatıb.

 

"Tvit.az" xəbər verir ki, 2025-ci ilin nəticələrinə əsasən, ölkə əhalisi əcnəbilər də daxil olmaqla 122 972 528 nəfər təşkil edib.

 

Məlumata görə, son beş ildə Yaponiya əhalisi 3 173 571 nəfər və ya 2,5 % azalıb. Bununla yanaşı, ölkədə 65 yaşdan yuxarı insanların nisbəti son beş ildə 0,9 faiz bəndi artaraq ümumi əhalinin 29,4 %-nə çatıb.

 

Yaponiyanın Səhiyyə, Əmək və Rifah Nazirliyinin sentyabrın 16-da açıqladığı hesabatda bildirilir ki, ölkədə 100 və daha yuxarı yaşda olan sakinlərin sayı Yaponiyanın tarixində ilk dəfə olaraq 100 min nəfərlik həddi keçib və təxminən 107 700 nəfərə çatıb. Yüzilliklərin mütləq əksəriyyətini – 87,6 %-ni qadınlar təşkil edir. Ölkənin ən yaşlı sakini isə Kiotodan olan 114 yaşlı Fuesa Kişimotodur.

 

Mütəxəssislərin proqnozlarına əsasən, son onilliklərdə sürətlə qocalan Yaponiya əhalisi 2053-cü ilə qədər 100 milyona, 2065-ci ilə qədər isə təxminən 90 milyona qədər azala bilər. Həmin dövrdə ölkə sakinlərinin təxminən 40 %-ni 60 yaşdan yuxarı şəxslərin təşkil edəcəyi gözlənilir.

 

Aysel Şirinova,

Tvit.az