Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница dünya Suriyada qaz kəmərində partlayış oldu
dünya

Suriyada qaz kəmərində partlayış oldu

29-09-2026 11:00 13 Просмотров
IMG

Suriyanın şərqində yerləşən Deyr-əz-Zor əyalətinin cənubunda qaz kəmərinin bağlayıcı klapanında partlayış baş verib.


Tvit.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.


Suriya dövlət neft şirkətinin qaz sektoruna cavabdeh rəsmisi Əl-Salehin sözlərinə görə, partlayış təxribat nəticəsində meydana gəlib.


O bildirib ki, partlayışdan sonra yaranan yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir. Təcili yardım qrupları isə ərazidə olan insanları təhlükəsizlik məqsədilə təxliyə edib.


Elmin Alışov