Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница sosial Azərbaycanda bu il 1 meyitdən ürək transplantasiyası həyata keçirilib
sosial

Azərbaycanda bu il 1 meyitdən ürək transplantasiyası həyata keçirilib

29-09-2026 10:00 15 Просмотров
IMG

Azərbaycanda bu ilin ilk 9 ayında 1 meyitdən ürək transplantasiyası həyata keçirilib.

 

Bu barədə Report-un sorğusuna cavab olaraq Səhiyyə Nazirliyi Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzindən məlumat verilib.

 

Bildirilib ki, həyata keçirilən ürək transplantasiyası uğurlu olub.

 

2026-cı ilin sentyabrına qədər Azərbaycanda ümumilikdə 3 ürək transplantasiyası həyata keçirilib.

 

Xatırladaq ki, Azərbaycanda və ümumilikdə Qafqaz regionunda ilk dəfə meyit donordan ürək transplantasiyası 2025-ci il oktyabrın 31-də uğurla həyata keçirilib. Səhiyyə Nazirliyi və Mərkəzi Klinikanın birgə təşkilatçılığı ilə baş tutan bu tarixi əməliyyatda beyin ölümü reallaşmış donorun ürəyi 19 yaşlı gəncə köçürülüb.

 

Qeyd edək ki, bu gün Ümumdünya Ürək Günüdür.