Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница sosial Azərbaycanda yağıntılı hava müşahidə olunur - FAKTİKİ HAVA
sosial

Azərbaycanda yağıntılı hava müşahidə olunur - FAKTİKİ HAVA

29-09-2026 09:00 12 Просмотров
IMG

Azərbaycanda yağıntılı hava şəraiti müşahidə olunur, şimşək çaxır, bəzi yerlərdə yağıntılar leysan xarakterlidir.

 

Tvit.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin sentyabrın 29-u saat 9:00-a olan məlumatında qeyd olunub.

 

Bildirilib ki, Tovuz, Şahbuzda 8, Gədəbəydə 5, Sarıbaş (Qax), Balakəndə 4, Zaqatala, Kürdəmirdə 3, Daşkəsən, Gəncə, Ağstafa, Şəki, Şahdağ, Lənkəranda 2, Naxçıvan, Şərur, Culfa, Ordubad, Sədərək, Astara, Sabirabad, Şəmkir, Qobustan, İsmayıllı, Qəbələ, Qusar, Biləsuvar, Lerik, Kəlbəcər, Laçın, Şuşa, Xankəndi, eyni zamanda Bakıda və Abşeron yarımadasında 1 mm-dək qeydə alınır.