Sabirabadda avtomobil piyadanı vuraraq öldürüb.
Tvit.az-ın Report-a istinadən məlumatına görə, hadisə rayonun Qalağayın kəndi ərazisində qeydə alınıb.
Belə ki, "Prado" markalı avtomobil yolu keçmək istəyən Qalağayın kənd sakini, 1956-cı il təvəllüdlü Hüseynova Püstəxanım Bahadır qızını vuraraq öldürüb.
Faktla bağlı araşdırma aparılır.