Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница sosial Hövsanda su olmayacaq - Səbəb
sosial

Hövsanda su olmayacaq - Səbəb

28-09-2026 18:00 10 Просмотров
IMG

Suraxanı rayonunun Hövsan kəndinin bəzi ərazilərini içməli su ilə təmin edən xətdə baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar bu gün ərzində su təminatında fasilə yaranacaq.

 

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən Tvit.az-a bildirilib ki, qəzanın aradan qaldırılması və su təchizatının bərpası istiqamətində müvafiq tədbirlər həyata keçirilir.

 

Suyun verilişində yaranmış fasilənin təmir işləri başa çatdıqdan sonra aradan qaldırılması nəzərdə tutulur.