Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница dünya Ukrayna məlumat mərkəzlərini ölkədən çıxara bilər – YENİ QƏRAR
dünya

Ukrayna məlumat mərkəzlərini ölkədən çıxara bilər – YENİ QƏRAR

28-09-2026 10:00 26 Просмотров
IMG

Ukrayna hökuməti Rusiya Silahlı Qüvvələrinin zərbələri fonunda məlumat mərkəzlərini yer altında yerləşdirmək və ya ölkə xaricinə köçürmək variantlarını nəzərdən keçirir.

 

"Tvit.az" xəbər verir ki, bu barədə Ukraynanın baş naziri Sergey Koretski TSN telekanalına müsahibəsində bildirib.

 

"Birincisi, biz onları qoruyuruq. İkincisi, qeyri-standart həllər var: məlumatların bir hissəsi yer altında, bir hissəsi bulud sistemində, bir hissəsi isə xaricdə olmalıdır. Tək bir doğru həll yolu yoxdur, lakin ən pis ssenarini nəzərə alaraq hərəkət etməliyik", – deyə o, məlumat mərkəzlərinin mühafizəsi planları ilə bağlı sualı cavablandırarkən vurğulayıb.

 

Qeyd edək ki, ötən həftə Ukrayna mediası Kiyevdəki partlayışlardan sonra məlumat mərkəzlərinin zədələnməsi barədə məlumat yayıb. Bundan sonra yerli internet provayderlərinin və telekanalların fəaliyyətində fasilələr yaranıb. Sentyabrın 26-da isə Rusiya Müdafiə Nazirliyi Kiyevdə Ukrayna Silahlı Qüvvələrinin maraqları üçün mobil internetin və "Starlink" peyk rabitəsi sisteminin fəaliyyətini təmin edən məlumat mərkəzinə zərbə endirildiyini bəyan edib.

 

Aysel Şirinova