Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница dünya ABŞ Kubada hərbi əməliyyata hazırlaşır? – CBS-dən iddia
dünya

ABŞ Kubada hərbi əməliyyata hazırlaşır? – CBS-dən iddia

25-09-2026 23:00 12 Просмотров
IMG

ABŞ Silahlı Qüvvələri Kubada mümkün hərbi əməliyyata hazırlığı davam etdirir.

 

Tvit.az xəbər verir bu barədə CBS News ABŞ Quru Qoşunlarının daxili sənədinə və mənbələrə istinadən məlumat yayıb.

 

Məlumata görə, ABŞ Quru Qoşunları Cənub Komandanlığının məsuliyyət zonasına altı növ bölmənin göndərilməsi imkanını nəzərdən keçirir. Bu ərazi Mərkəzi və Cənubi Amerika, eləcə də Karib regionunu əhatə edir.

 

Söhbət logistika təminatı batalyonu, mühəndis batalyonu, arxa təminat komandanlığı, tibbi briqada, reanimasiya-cərrahiyyə dəstəsi və hərbi polis briqadasından gedir.