Ermənistan balıq və süd məhsullarının istehsalı zamanı aşkarlanan pozuntuların aradan qaldırıldığını təsdiqləyən sənədləri Rusiyaya təqdim etməyib.
Tvit.az xəbər verir ki, bu barədə Rusiya Federal Baytarlıq və Fitosanitar Nəzarət Xidməti (Rosselxoznadzor) TASS-a açıqlamasında bildirib.
Qurumdan qeyd edilib ki, Ermənistanın Qida Təhlükəsizliyi üzrə Müfəttişlik Orqanından yalnız zəmanət və müraciətlər daxil olub. Bildirilib ki, bu, idxala qoyulan məhdudiyyətlərin aradan qaldırılması üçün kifayət deyil.
Qeyd edək ki, Ermənistanın Qida Təhlükəsizliyi üzrə Müfəttişlik Orqanı bundan təxminən bir ay əvvəl Rusiya tərəfi ilə konstruktiv dialoqun davam etdiyini açıqlamışdı.
Aysel