Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница dünya İran ABŞ-a yeni təklif göndərdi: Hörmüz üçün 7 günlük plan
dünya

İran ABŞ-a yeni təklif göndərdi: Hörmüz üçün 7 günlük plan

25-09-2026 12:00 11 Просмотров
IMG

İran Hörmüz boğazında gəmiçiliyin bərpası və ABŞ ilə daha geniş danışıqların başlanması üçün Vaşinqtona 7 günlük plan təklif edib.


Tvit.az-ın “The Washington Post” qəzetinə istinadən məlumatına görə, İranın xarici işlər naziri Abbas Əraqçı bildirib ki, təklif ABŞ-yə vasitəçilər vasitəsilə çatdırılıb. 


Onun sözlərinə görə, Tehran Hörmüz boğazının yenidən açılması və genişmiqyaslı müharibəyə son qoymaq məqsədilə danışıqların yeddi gün ərzində bərpa olunmasını təklif edib.


Əraqçı bildirib ki, hazırkı təklif tərəflərin iyun ayında razılaşdırdığı anlaşma memorandumuna bənzəyir. Təklifə əsasən, ABŞ danışıqların bərpası və Hörmüz boğazının açılması üçün müəyyən şərtləri yeddi gün ərzində yerinə yetirməlidir. CNN-in məlumatına görə, yeddi günlük müddət Vaşinqtonun təklifi qəbul etməsindən sonrakı gün başlayacaq. 


Elmin Alışov