Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница dünya Ukrayna bu ölkə ilə PUA müqaviləsi imzaladı
dünya

Ukrayna bu ölkə ilə PUA müqaviləsi imzaladı

24-09-2026 12:00 11 Просмотров
IMG

Finlyandiya və Ukrayna müdafiə sahəsində əməkdaşlığı genişləndirmək və pilotsuz uçuş aparatlarının (PUA) birgə istehsalını təşkil etmək məqsədilə strateji saziş imzalayıblar.

 

Tvit.az-ən xarici mediaya istinadla xəbərinə görə, sənəd BMT Baş Assambleyası çərçivəsində Nyu-Yorkda Finlandiya Prezidenti Aleksandr Stubb və Ukrayna Prezidenti Vladimir Zelenski tərəfindən imzalanıb.

 

İki ölkə arasında imzalanan saziş müdafiə təyinatlı məhsulların birgə tədqiqatını, işlənməsini və istehsalını, həmçinin texnologiya, məlumat və təcrübə mübadiləsinin aparılmasını nəzərdə tutur. 

 

 Prezident Aleksandr Stubb bu müqavilənin hər iki tərəf üçün faydalı olacağını vurğulayıb. O bildirib ki, Ukraynanın müharibə şəraitində qazandığı təcrübə Finlyandiyanın müdafiə imkanlarını təkmilləşdirməyə kömək edəcək və iki ölkənin şirkətləri arasında əməkdaşlıq sayəsində istehsal prosesi qısa zamanda genişləndirilə bilər.

 

Qeyd edək ki, Ukrayna bundan əvvəl Norveç, Danimarka və Baltikyanı ölkələr də daxil olmaqla 10-a yaxın dövlətlə analoji PUA sazişləri imzalayıb.

 

 

Aysel Şirinova